Bugatti Bolide, Brembo tərəfindən istehsal olunan ən böyük əyləc disklərinə malikdir-Foto-Video
Mashin.TV
2024-02-26
-
Bugatti Bolide trek avtomobilinin Imola trekində sınaqlarının yeni görüntülərini yayımlayıb. Bolide həqiqətən güclü modeldir, konseptdə 1852 at gücü, istehsalat modellərində isə 1600 at gücü hasil edən bu canavarı dayandırmaq üçün güclü əyləclər lazımdır.
Brembo bu məsələdə Bugatti-nin köməyinə gəlib. Səkkiz porşenli ön və altı porşenli arxa kaliperlər nikellə örtülmüş alüminium ərintisindən hazırlanıb. Dörd təkərdə istifadə edilən 388 mm (15,3 düym) karbon əyləc diskləri Brembo-nun indiyə qədər istehsal etdiyi ən böyük disklərdir.
Bugatti-dən verilən məlumata görə, yeni model üçün Formula 1 avtomobilləri ilə eyni səviyyədə əyləc gücü əldə edilib. Brembo şirkətinin direktoru Mario Almondo açıqlamasında bildirib: "Bugatti Bolide-də əyləcləri inkişaf etdirmək bizim performans bölməmiz üçün olduqca çətin idi, lakin biz əldə etdiklərimizlə fəxr edirik. Bu heyrətamiz avtomobilin gücünə tab gətirmək üçün çox şeyi yenidən dizayn etməli olduq. "
+2
0
736
Комментарии (0)