Ferrari şirkəti LaFerrari modelinin varisini təqdim edib-Video

Ferrari şirkəti LaFerrari modelinin varisini təqdim edib-Video
Mashin.TV
Mashin.TV
2025-03-04
-
Ferrari F80 superhibridi Formula 1 bolidləri və FIA WEC prototiplərinin kanonlarına uyğun olaraq inşa edilib və güc baxımından bütün məşhur sələflərini üstələyir. Ferrari şirkəti tarixdə ilk dəfədir ki, kupedə elektrik turbokompressorlarından istifadə edib və italyanlar unikal Boost Optimization funksiyası ilə bütün sənayeni təəccübləndirəcəklər. Yeni flaqmanın qiyməti 3,6 milyon avrodur.
SF90 Stradale də Ferrari LaFerrari superkarının varisi roluna iddialı ola bilərdi, lakin onun nisbətən münasib qiyməti və məhdudiyyətsiz tirajı buna imkan vermirdi. Yeni F80 bu “mənfi cəhətlərdən” məhrumdur: superhibrid 799 nüsxəlik tirajla buraxılacaq, onun qiyməti isə, 3,6 milyon avrodan başlayır. Onu artıq GTO və F40 modelləri ilə bir cərgəyə qoyurlar və italyan istehsalçısının tarixindəki texnoloji cəhətdən ən mükəmməl və ən güclü Ferrari avtomobili adlandırırlar.
photo
photo
photo
photo
photo
+4
Yeni Ferrari F80 modelinin dizaynı üzərində Flavio Manzoninin rəhbərlik etdiyi Ferrari dizayn mərkəzinin komandası cavabdeh olub. Avtomobilin eksteryerində klassik F40 modelinin və müasir 12Cilindri superkarının xüsusiyyətlərini özünü biruzə verir. Aktiv elementləri olan inkişaf etmiş aerodinamik kuzov dəsti sayəsində yeni hiperkar 250 km/saat sürətində 1000 kiloqram yerəbasma qüvvəsini təmin etməyə qadirdir. Kuzov və şassi, karbonplastikdən monokok və alüminium alt çərçivələr, üstəgəl dartma batareyası üçün əlavə alt çərçivəsi olan reseptə əsasən yaradılıb. Xarici kuzov panelləri də karbonplastikdən hazırlanır. Avtomobilin uzunluğu 4840 millimetr, eni - 2060 millimetr, hündürlüyü isə, 1138 millimetrdir. Təkər bazasının ölçüsü 2665 millimetrə bərabərdir.

0
222

Комментарии (0)

0 / 4500