BMW-ni iranlı tüninq edərsə belə olar
Mashin.TV
2024-11-05
-
Tüninq sadə iş deyil. Bunun üçün zövq, nəzəri və praktik bilik vacibdir.
Mashin.tv xəbər verir ki, bugünlərdə sosial şəbəkədə yayılan foto müzakirələrə səbəb olub. Söhbət köhnə BMW-nin İranda həyata keçirilmiş dizaynından gedir.1972-ci ildə istehsal edilmiş BMW 30 avtomobili hazırda Zəncanda istismar edilir. Avropadan fərqli olaraq bu tüninqdə xromdan gen-bol istifadə edilib. Halbuki, xərçəng riskinə görə Avropada avtomobil sektorunda xromdan istifadə minimallaşdırılıb.Doğrudur, zövqlər müzakirə mövzusu olmasa da, son nəticəyə qiymət vermək hər kəsin şəxsi işidir. (Avtosfer)
0
1084
Şərhlər (0)