"Formula 1" üzrə İspaniya Qran-prisi 2026-cı ildən Madriddə keçiriləcək
Mashin.TV
2024-01-24
-
"Formula 1" üzrə İspaniya Qran-prisi 2026-cı ildən paytaxt Madriddə keçiriləcək.
Mashin.tv xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
Müqavilə 10 il müddətinə qüvvədə olacaq. 20 döngədən ibarət trekin uzunluğu 5,47 km-dir.
Qeyd edək ki, İspaniyadakı yarışlar Barselona şəhərində gerçəkləşirdi. Buradakı sonuncu Qran-pri isə 2025-ci ildə baş tutacaq.
0
372
Şərhlər (0)