Müasir C63 AMG mühərriki ilə 1961-ci il istehsalı olan Mercedes Ponton-VİDEO

Müasir C63 AMG mühərriki ilə 1961-ci il istehsalı olan Mercedes Ponton-VİDEO
Mashin.TV
Mashin.TV
2024-01-29
-
Londonda fəaliyyət göstərən Xtreem Motors emalatxanası müasir C63 AMG (W204) motoru ilə təmin edilmiş 1961-ci il Mercedes Benz Ponton (W120)-nin qeyri-adirestavrasiya edilmiş modelini nümayiş edib. Klassik model böyük dəyişikliklərə məruz qalıb. Beləki, yeni dizayn qara rəngi ilə diqqəti cəlb edir və əlavə olunan xrom elementlər (məsələn, kapotdakı üçbucaqlı ulduz lövhəsi, bamperlər və radiator barmaqlığı) modelə "qəddar" görünüş verir.
Orijinal Mercedes Pontonun interyeri ən çox dəyişən hissədir. O, AMG-dən bir sıra komponentlər alıb və kifayət qədər müasir görünür. Salonda üç nöqtəli təhlükəsizlik kəmərləri olan qırmızı dəri oturacaqlar və qırmızı tikişli dəri sükan var. Avtomobildə metaldan hazırlanmış yeni qapı sistemləri də var.
photo
photo
photo
photo

0
1305

Комментарии (0)

0 / 4500