Audi, 1935-ci ildəki parametirlərə uyğun 16 silindr mühərrikli idman avtomobili yaratdı- FOTO
Mashin.TV
2024-07-22
1
1930-cu illərin ortalarında Auto Union 16 silindrli mühərrikli idman avtomobili hazırlayırdı. Type 52 layihəsi 1935-ci ildə İkinci Dünya Müharibəsinin yaxınlaşması ilə əlaqədar ləğv edildi. Auto Union-un varisi olan Audi brendi bu avtomobili 90 il əvvəlki rəsmlər əsasında hazırlamağa qərar verib.
İdeyanın həyata keçirilməsi tarixi idman avtomobillərinin istehsalı üzrə ixtisaslaşan Crosthwaite & Gardner şirkətinə həvalə edilib. Orijinal çertyojlara və eskizlərə görə, avtomobil bir il yarımdan az vaxt ərzində hazırlanıb və bir nüsxədə qalacaq.
+4
0
1553
Комментарии (0)