eni nəsil Audi A6 modeli universal kuzovunda debüt edib-Foto

eni nəsil Audi A6 modeli universal kuzovunda debüt edib-Foto
Mashin.TV
Mashin.TV
2025-03-06
-
Keçən il Audi A6 ailəsinin təkamülü iki paralel istiqamətdə aparılıb, çünki çeşiddə PPE platformasına əsaslanan Audi A6 e-tron elektromobilləri (liftbək və universal) peyda olub. İndi isə, Almaniyada yanacaqlı A6 modelinin yeni nəsli təqdim edilib. Yenilik əvvəlki, 2018-ci ildə debüt etmiş modeli əvəzləyəcək.
photo
Doğrudur, artıq kuzov növünü seçmək mümkün deyil – ən azından Avropada: Köhnə Dünyada yalnız universal kuzovlu Audi A6 Avant modeli təklif olunur. Çox güman ki, sedan daha sonra debüt edəcək və yalnız Çin bazarında satılacaq.
Audi A6 əvvəlki MLB Evo platformasının sonrakı təkamülü olan, lakin yenilənmiş elektronika ilə təchiz edilmiş PPC (Premium Platform Combustion) arxitekturasına əsaslanır. Bu isə, Audi A6 e-tron elektromobilləri ilə unifikasiyasının cüziliyindən və bunun yalnız fərdi komponentlərə və elementlərə aid olmasından xəbər verir.
photo
Nəsil dəyişikliyinə baxmayaraq, modelin təkər bazası demək olar ki, dəyişməz qalıb: 2924 əvəzinə 2923 millimetr.
Əgər A6 e-tron elektrokarı iki mərtəbəli ön optikaya malikdirsə, yanacaqlı model LED faraların vahid blokdakı ənənəvi dizaynını qoruyub saxlayıb. Əlavə ödəniş müqabilində onlar matrisalı ola bilərlər ki, bu halda arxada OLED fənərləri quraşdırılırlar.
Üstəlik, bu halda yeddi salamlama variantından birini seçmək də mümkündür. Əvvəlki modellə müqayisədə yeni universal 60 millimetr uzundur (4999 millimetr), lakin 6 millimetr (1880 millimetr) ensizdir.
Audi A6 modeli əvvəlki kimi, Almaniyada, Nekkarzulmdakı Audi zavodunda istehsal olunacaq. Yeni nəsil universallar may ayında, 58 min avrodan başlayan qiymətlərlə Avropa bazarında satışa çıxarılacaqlar.
photo
Daha sonra modifikasiya çeşidində plagin hibridlər, habelə güclü S6 və RS 6 modifikasiyaları peyda olacaqlar və görünən odur ki, “bərkgedən” universallar da hibridə çevriləcəklər. (autograph)
photo
photo
photo
photo
0
226

Комментарии (0)

0 / 4500