Tam elektrikli Toyota Land Cruiser Se təqdim edildi

Tam elektrikli Toyota Land Cruiser Se təqdim edildi
Mashin.TV
Mashin.TV
2023-10-23
-
Toyota-nın Land Cruiser modeli dünyada bir çox müxtəlif forma və ölçülərdə mövcuddur.
Land Cruiser ailəsinə yeni əlavə olan Land Cruiser Se tam elektriklə işləyir. Şirkət avtomobili təqdim etsə də, onun barədə çox az detal paylaşıb.
Hələ konsepsiya mərhələsindədir.
Elektrik Land Crusier-in Toyota-nın məhsul çeşidinə nə vaxt əlavə ediləcəyi bəlli deyil, lakin o, hazırda yalnız konseptual mərhələdədir.
Toyota-nın açıqlamasına görə, bu model yüksək tutumlu akkumulyatorla işləyəcək və üç cərgəli oturacaq quruluşuna sahib olacaq.
Prototipin uzunluğu 5150 millimetr, eni – 1990 millimetr, hündürlüyü – 1705 millimetr, təkər bazasının ölçüsü isə 3050 millimetrdir. Ölçülərinə görə onu Toyota Grand Highlander modeli ilə müqayisə etmək olar. Toyota şirkəti Land Cruiser Se barədə məlumatları bunlarla məhdudlaşdırıb və onun seriyaya getmə perspektivləri barədə heç bir məlumat verməyib.
Bununla belə, deyək ki, elektrik Land Cruiser ideyası artıq həvəskarları həyəcanlandırıb.
photo
photo
photo
photo
photo
+3
0
431

Комментарии (0)

0 / 4500