Çin ilk dəfə olaraq dünyanın əsas avtomobil ixracatçısı olacaq

Çin ilk dəfə olaraq dünyanın əsas avtomobil ixracatçısı olacaq
Mashin.TV
Mashin.TV
2024-01-03
-
2023-cü ilin yekunları üzrə Çin ilk dəfə dünyanın ən böyük avtomobil ixracatçısı olacaq. Buna səbəb Rusiya və Meksika bazarlarına Çin avtomobillərinin tədarükünün artması olub.
Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, yanvar-noyabr ayları ərzində Çində yığılmış avtomobillərin ixracı illik müqayisədə 58,4% artaraq 4,41 milyon ədəd təşkil edib.
Son illərdə dünya avtomobil ixracatçıları reytinqinə başçılıq edən Yaponiya üçün eyni dövrdə bu rəqəm 3,99 milyon avtomobil təşkil edib, 2023-cü ilin sonuna isə ümumi ixrac həcminin 4,3 milyon olacağı gözlənilir.
Qeyd olunur ki, bu ilin ilk 11 ayında Çin Rusiyaya 730 minə yaxın avtomobil tədarük edib ki, bu da 2022-ci illə müqayisədə 7 dəfə çoxdur.
0
300

Комментарии (0)

0 / 4500