Audi Sport GmbH 40 illik yubileyini Nürburqrinqdə qeyd edir
Mashin.TV
2023-05-24
-
1983-cü ildə qurulan və o vaxtdan brendin idman imicini formalaşdıran Audi Sport GmbH 40 illik yubileyini xüsusi tədbirlərlə qeyd etməyə hazırlaşır.
Təxminən 40 il əvvəl, 1983-cü ildə quattro GmbH adı
ilə yaradılmış və bu gün Audi Sport GmbH adlandırılan bu subbrend o vaxtdan
bu yana Audi-nin idman imicini formalaşdırmağa davam edir.
Təkcə son 10 ildə 250 mindən çox
avtomobil istehsal edən və avtoidmanda 400-dən çox qələbə qazanan Audi Sport
GmbH 40 illik yubileyini 73 döngədən ibarət "Yaşıl Cəhənnəm" kimi də tanınan
əfsanəvi Nürburqrinqdə qeyd edir.
Yaşıl Cəhənnəm, AUDI AG-nin alt
brendi olan Audi Sport GmbH - ın fəaliyyət yolunda həm yarış, həm də kütləvi istehsal olunan
yüksək performanslı avtomobillərin inkişafı üçün edilən test sürüşləri ilə xüsusi yer tutur.
Audi Sport 2002-ci ildən bəri keçirilən 24 saatlıq yarışın rəsmi tərəfdaşı və yarışın rəsmi avtomobil təchizatçısıdır. Audi R8 LMS 2009-cu ildən
etibarən Audi Sport müştəri yarışlarının ən mühüm hadisələrindən biri olan
Eyfel marafonunda yarışır. Müştəri yarışları bölməsi 2011-ci ildən quattro
GmbH-nin bir hissəsidir.
Dünyanın ən çətin treki
"Nordschleife" təkcə çətinlik dərəcəsi yüksək olan praktiki tras kimi deyil, həm də Audi Sport GmbH-nin istehsal etdiyi avtomobillərin sınaq nöqtəsi kimi xidmət edir. Nürburqrinq dünyanın ən çətin yarış meydançasıdır bu isə danılmaz faktdır. Audi Sport GmbH şirkətinin 40 illik yubileyinin burada qeyd olunmasının çox xüsusi olduğunu deyən Audi Sport GmbH-nin baş direktoru və Audi Motorsport-un prezidenti Rolf Mişl, . Nürburgring-Nordschleife bütün avtoidman həvəskarları və bizim üçün müqəddəs yer hesab olunur.
3
514
Комментарии (3)