Qeyri-sabit hava şəraiti daha iki gün davam edəcək, bəzi yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Mashin.TV
2024-01-10
-
Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 10-da ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılı hava şəraiti yanvarın 12-dək fasilələrlə davam edəcək.
Bu barədə"Mashin.tv"-yə Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 11-i gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
0
181
Şərhlər (0)