Bakıda yollarda qara görə azaldılan sürət həddi bərpa edildi
Mashin.TV
2024-01-15
-
Küləkli və qarlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi - Hava Limanı yolu və Heydər Əliyev prospektində bəzi zolaqlar üzrə 20 və 40 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd edək ki, hazırdaZığ dairəsi - Hava Limanı yolunda sürət həddi 110 km/saat, Heydər Əliyev prospektində isə 70 km/saatdır.
0
200
Şərhlər (0)