Tesla-nın ardınca Ford da qiymət endirimi etdi

Tesla-nın ardınca Ford da qiymət endirimi etdi
Mashin.TV
Mashin.TV
2024-02-21
-
ABŞ-ın ikinci ən böyük avtomobil istehsalçısı olan Ford Motor, rəqibi Tesla-nın etdiyi qiymət endirimləri ilə rəqabət aparmaq üçün Mustang Mach-E elektrikli avtomobilinin qiymətini 8100 dollar azaldıb.
Mashin.tv xəbər verir k, Ford, premium elektrik avtomobillərinə tələbin azalması səbəbindən elektrik Mustang-ın qiymətlini endirib.
Qiymətlərin azaldılması Ford-un tam elektrik SUV-nin satışlarının yanvar ayında 2023-cü ilin eyni ayı ilə müqayisədə 51 faiz azaldıqdan sonra baş verib. Ümumilikdə, şirkətin elektrikli avtomobil satışları ötən ilin yanvar ayı ilə müqayisədə 11 faiz azalıb.
"Mustang Mach-E 2023-cü ildə Amerikanın 2 nömrəli elektrikli yolsuzluq avtomobili olub. Satışı və müştəri məmnuniyyətini artırmaq üçün modellərimizin qiymətlərini yenidən tənzimləyirik",- Ford Motor şirkətinin sözçüsü Marty Günsberg bildirib.
0
306

Şərhlər (0)

0 / 4500