Tesla Cybertruck daşımalarını dayandırır və 14 min işçisini işdən çıxarır
Mashin.TV
2024-04-16
-
Tesla şirkəti Cybertruck pikaplarının çatdırılmasını bir həftə müddətinə dayandırıb. Bundan əlavə, şirkət işçilərini 10 faiz ixtisar etdiyini açıqlayıb. İlk növbədə vəzifəsi və funksional məsuliyyəti bir-birini təkrarlayan şəxslər işdən çıxarılacaqlar. Ekspertlərin fikrincə bu addımlara səbəb zəif rüblük hesabat və qlobal bazarda elektromobillərin satışının azalması ilə bağlı ola bilər.
0
320
Şərhlər (0)