Məşhur "Defender" modelinin dizayneri Audi komandasına rəhbərlik edəcək
Mashin.TV
2024-02-19
-
Audi-nin dizayn şefi kimi 10-cu ilini tamamlayan Mark Lichtenin vəzifəsi aşağı salınıb və onun yerine Marissimo Frascella gətirilib. Land Rover Defender, Discovery, Velar və Range Rover-in memarı Frascella, Audi-nin elektrik dövründə qəbul edəcəyi dizayn qərarlarına cavabdeh olacaq.
Audi 2026-cı ildən yalnız tam elektrik modellərini təqdim etməyi planlaşdırır və yaxın illərdə hibrid modellər üçün çox əhatəli dizayn əməliyyatlar nəzərdə tutulur. Frascella həm dizayn layihələrində iştirak edəcək, həm də sıfırdan hazırlanmış modellərin yardılmasını həyata keçirəcək.
Audi-nin yeni dizayn rəhbəri "trendləri aşan və lazımsız elementləri olmayan" avtomobillər yaradacağını hədəfləyib. Zamansız və mürəkkəb xətlər görəcəyimizi izah edən Frascella, CEO-nun "emosional və səhvsiz dizayn" gözləntisini qarşılamaq üçün çalışacaq.
0
440
Şərhlər (0)