“Hyundai”ın bu modellərində nöqsanlar aşkarlanıb

“Hyundai”ın bu modellərində nöqsanlar aşkarlanıb
Mashin.TV
Mashin.TV
2024-05-05
-
Koreyanın “Hyundai” şirkəti 13,5 min avtomobili təmir üçün geri çağıracaq. Lent.az-ın məlumatına görə, qeyd olunur ki, 7 349 “Elantra”, 2 364 “Venue” və 3 798 “Kona 2024” model avtomobillərində istehsalçıda nasaz işlənmiş qazın resirkulyasiya sisteminin sensorları quraşdırılıb. Avtomobilin istismarı zamanı sensorda qısaqapanma baş verə bilər ki, bu da mühərrikin dərhal dayanmasına səbəb olacaq. “Hyundai” 14 oxşar hadisədən xəbərdar olduğunu bildirib. Avtomobil sahibləri ən yaxın dilerlə əlaqə saxladıqda nasaz hissələr pulsuz dəyişdiriləcək.
0
320

Şərhlər (0)

0 / 4500