Hondanın ilk elektrik SUV modeli "Prologue" təqdim edildi

Hondanın ilk elektrik SUV modeli "Prologue" təqdim edildi
Mashin.TV
Mashin.TV
2023-10-02
-
Son zamanlar elektrik avtomobillərinə diqqət yetirən Honda, elektriklə işləyən Prologue modelini təqdim etdi.
Elektrikli SUV modeli Prologue 2024-cü ildə satışa çıxarılacaq və bu markanın Şimali Amerika bazarındakı ilk elektrikli SUV modeli olacaq.
Honda Prologue General Motors ilə əməkdaşlıqda hazırlanıb və ABŞ istehsalçısının yeni Ultium EV platformasında qurulub.
Əldə edilən məlumata görə, dörd təkərli versiya 288 at qüvvəsi və 451 nm fırlanma anı təklif edəcək. Tək mühərrikli versiyanın texniki məlumatları paylaşılmayıb.
Honda şirkətinin məlumatına görə, 85 kVt/saatlıq akkumulyatorla təchiz edilən Prologue 482 kilometrə qədər məsafə qət edə biləcək.
Yeni Honda Prologue yapon istehsalçısının Los-Ancelesdəki dizayn studiyasında hazırlanıb. interyerində idarəetmə düymələri olan üçmilli sükan var.
İlk tədarükləri 2024-cü ilin əvvəlində reallaşacaq Honda Prologue-un ABŞ-da 45-50 min dollar arası qiymətlərlə satışa çıxarılacağı gözlənilir.
photo
photo
photo
0
300

Şərhlər (0)

0 / 4500