Təkərlərin fərdiləşdirilməsi
Mashin.TV
2023-07-25
-
Tuninq
həvəskarları üçün təkər avtomobilin fərdiləşdirilməsinə görə əvəzolunmaz vasitələrdən
biridir. Təkərlərin düzgün seçilməsi üçün diqqət olunmalı əsas məsələ, onun
hansı şəraitdə istifadə ediləcəyidir. Avtomobilin təkərləri güclü mexaniki gərginliyə
məruz qalır, ona görə də onların boya işləri xüsusilə davamlı olmalıdır. Akrilə
əsaslanan emallar, astarlar və laklar aşınma müqavimətini artırır.
Disklər üçün əksər
hallarda münasib qiymətvə istifadə rahatlığı üçün sprey boya seçilir.
Sprey mümkün qədər tez və yüksək keyfiyyətli nəticə əldə etməyə imkan verir.
Toz
boyalarla müqayisədə, spreyin əsas üstünlüyü tez qurumasıdır - boyalı səth cəmi
10 dəqiqəyə quruyur. Həmçinin, rəng seçimi geniş və tapılması asandır.
Əgər boyama zamanı akrilə bir az fosfor əlavə
etsəniz, parlaq boya əldə edə bilərsiniz - təkərlər qaranlıqda parlayacaq və bu
da daha çox diqqət cəlb edəcəkdir.
Avtomobilin fərqli görünüşə sahib olması üçün disklərdə vinil ötüklərdən də istifadə edilir.
0
443
Şərhlər (0)